“Neftçi”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub | |
“Neftçi” futbol klubunun əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilən Elşad Əhmədovun yerinə əvəzediciləri Vadar Nuriyev çalışdıracaq. 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 44 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. Qırx beş yaşlı mütəxəssis "İnter”in əvəzedici və U-19 komandalarında və "Olimpik-Şüvəlan"ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL və MOİK klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. “Neftçi”nin U-16 komandasında baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirən Ədəhim Niftəliyev isə əvəzedicilərin baş məşqçi köməkçisi təyin olunub. Ə.Niftəliyev 1996-2002-ci illərdə “Neftçi”nin heyətində 90 oyun keçirib və Vadar Nuriyevlə birgə 1999-cu ildə Azərbaycan kubokunu qazanan futbolçularından olublar. |
|
Xəbər 1232 dəfə oxundu. |
|
|