“Xəzər Lənkəran”ın çempionatdakı yubiley qolları
Premyer Liqanın XXVI turunun “İnter”lə ev oyunu “Xəzər Lənkəran” üçün əlamətdar olub. Lənkəranlıların 2:0 hesabı ilə qalib gəldiyi matçda vurduğu 2-ci qol milli çempionatlarımızda yubiley - 350-ci qol olub. Bu tarixin qolun müəllifi portuqaliyalı sağ cinah müdafiəçisi Eder Bonfim olub. “Xəzər Lənkəran” 2004/05 mövsümündən milli çempionatımızın iştirakçısıdır.

Xəbər 848 dəfə oxundu.