Futbol üzrə Çili millisinin baş məşqçisi müəyyənləşib
Çili Futbol Federasiyası Reynaldo Ruedanın baş məşqçi təyin edildiyini elan edib.

Kolumbiyalı mütəxəssislə 2022-ci ilədək müqavilə imzalanıb. Komanda 2022-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağı təqdirdə sözləşmə artırılacaq.

Altmış yaşlı Rueda bir dəfə Honduras millisini dünya çempionatına yüksəldib. Onun ən böyük uğuru isə “Atletiko Nasyonal”la 2016-cı ildə Lebrtodores kubokunu qazanmasıdır.

Xatırladaq ki, Çili millisi dünya çempionatına vəsiqə əldə edə bilmədiyinə görə baş məşqçi Xuan Antonio Pissini istefaya göndərmişdi.

Xəbər 566 dəfə oxundu.