“Səbail” klubu Ukrayna, Serbiya və Bolqarıstan komandaları ilə yoxlama oyunu keçirəcək
Yanvarın 20-də Antalyaya yollanacaq “Səbail” futbol klubu təlim-məşq toplanışı çərçivəsində dörd yoxlama oyunu keçirəcək.

Artıq rəqiblərdən üçü müəyyənləşib. Belə ki, yanvarın 23-də Bakı təmsilçisi Ukraynanın “Çernomorets”, üç gün sonra Serbiyanın “Napredak”, yanvarın 29-da isə Bolqarıstanın “Lokomotiv” klubu ilə qarşılaşacaq.

Təlim-məşq toplanışına fevralın 2-də yekun vurulacaq.

Xəbər 542 dəfə oxundu.