Azərbaycanın U-17 millisi Antalyada təlim-məşq toplanışı keçəcək
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yanvarın 10-da Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verəcək.

10 gün davam edəcək hazırlıq prosesinə, ümumilikdə 23 oyunçu dəvət olunub.

Heyətdə Elvira Əsgərzadə, Minarə Gözəlova, Nərmin Əhmədli, Sona Rəhimova, Aytac Nemətova, Lamiyə Əlizadə (hamısı “Təhsil”), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Baku Siti”), Ləman Niftəliyeva, Alina Nəhmədova, Ümnisə Əliyeva (hamısı “Fidan”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Fidan Abdulrəhmanova (“Keşlə”), Firdes Güngör, Canan Qaraquş (hər ikisi “Pendikspor”, Türkiyə), Melis Ersoy (“Karabük Gənclikspor”, Türkiyə), Beyzanur Aslan (“Antalyaspor”, Türkiyə), Gizem Arık (“Kanalboyu Nilüfərspor”, Türkiyə), Birgül Çelik (“Çerkezköy 1923 Spor”, Türkiyə), Neslihan Bozqaya (“Kəmər”, Türkiyə) və Dilara Soley Deli (“Gütersloh”, Almaniya) yer alıblar.

Xəbər 562 dəfə oxundu.