Hücumçu Maradonanın çalışdırdığı "Əl Vəsl" klubuna keçə bilər
"Malaqa"nın ulduz futbolçusu Ruud van Nistelroy karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirməyə yaxındı. Təcrübəli hücumçu Dieqo Armando Maradonanın çalışdırdığı "Əl Vəsl" klubuna keçə bilər. Hollandiyalı karyerasını hansı klubda davam etdirəcəyinə qarşıdakı günlərdə aydınlıq gətirəcək.

Karyerası ərzində "Den Boş", "Herenven", PSV (hamısı Hollandiya), "Mançester Yunayted" (İngiltərə), "Real" (İspaniya), "Hamburq" (Almaniya) klublarının formasını geyinən 35 yaşlı forvardın qiyməti 2,5 milyon avrodu.

Xəbər 937 dəfə oxundu.