“Kəpəz” futbol klubu Bakıda məşqlərə start verib
“Kəpəz” futbol klubu mövsümün ikinci yarısının hazırlığına Bakıda start verib.

Tibbi baxışdan keçən futbolçuların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Müayinə prosesi uğurla yekunlaşıb və bütün oyunçuların hazırlığa qatılmasına müsbət rəy verilib.

Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Yanvarın 13-dək komanda məhz burada gündə iki dəfə məşq edəcək.

Komanda qış hazırlığının ikinci hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nədək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.

Xəbər 571 dəfə oxundu.