Azərbaycan hakimi Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıb
Azərbaycan hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.

Həmyerlimiz “Çağırış kuboku” yarışlarının onaltıdabir final mərhələsində iş başında olacaq.

F.Ağayev Krasnodarda qadın voleybolçular arasında keçiriləcək “Dinamo” (Rusiya) – “Qraz” (Avstriya) matçında baş hakim funksiyasını yerinə yetirəcək. Yanvarın 12-də keçiriləcək görüşdə baş hakimə almaniyalı Matias Evald köməklik edəcək.

Komandalar arasında keçirilən ilk oyunda “Dinamo” 3:2 hesabı ilə qələbə qazanıb.

Xəbər 974 dəfə oxundu.