"Kəpəz" klubu "Qəbələ"nin yarımmüdafiəçisini icarəyə götürüb
Gəncənin "Kəpəz" klubu qış transfer dövründə daha bir futbolçunu öz sıralarına qatıb.

Gəncə təmsilçisi "Qəbələ"dən Roman Hüseynovu heyətinə cəlb edib.

Gənc yarımmüdafiəçi bir illik icarəyə götürülüb.

Qeyd edək ki, bu, Gəncə təmsilçisinin qış fasiləsində dördüncü transferidir.

Xəbər 592 dəfə oxundu.