“Qəbələ” şotlandiyalı futbolçusu Endi Hallideylə yollarını ayırıb
“Qəbələ” klubu şotlandiyalı futbolçusu Endi Hallideylə yollarını ayırıb.

Şotlandiyanın “Reyncers” klubundan icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.

Ötən ilin yayından “Qəbələ”də çıxış edən legioner çıxış etdiyi müddət ərzində 8 oyun keçirib. Premyer Liqada 3, kubokda 1 matça çıxan şotlandiyalı UEFA Avropa Liqasında 4 oyunda şans qazanıb.

“Qəbələ” klubunun rəhbərliyi Endi Hallidey və komandadan gedən digər futbolçulara - Ekiqo Ehiosun, Aqil Məmmədov və Tellur Mütəllimova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, hər birinə gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər 1101 dəfə oxundu.