Məhəmməd Salah Afrikada ilin oyunçusu hesab edilib
“Liverpul” komandasının və futbol üzrə Misir yığmasının yarımmüdafiəçisi Məhəmməd Salah Afrikada ilin oyunçusu hesab edilib.

25 yaşlı Məhəmməd Salah bu mükafat uğrunda mübarizədə öz komanda yoldaşı, seneqallı Sadyo Maneni və Dortmundun “Borussiya” komandasının hücumçusu, qabonlu Pyer-Emerik Obameyanqı geridə qoyub.

Xatırladaq ki, Məhəmməd Salah bu mükafatı qazanmış ikinci misirlidir (Mahmud əl-Xətibdən sonra).

Xəbər 939 dəfə oxundu.