Taekvondo qaydalarında növbəti yenilik
Misirin Şarm əl Şeyx şəhərində Ümumdünya Taekvondo Federasiyası (WTF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İdman.com.az saytının məlumatına görə, yığıncaqda WTF-in vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov iştirak edib. Toplantıda döyüşlərə təbiq edilən yeniliklərə və qarşıdakı rəsmi yarışların təqviminə aydınlıq gətirilib. Belə ki, 2013-cü ildə böyüklər arasında dünya çempionatının Meksikada, dünya kuboku və parataekvondo üzrə IV dünya çempionatının Seneqalda, 2014-cü ildə gənclərin dünya çempionatının isə Tayvanda keçiriləcəyi təsdiqlənib.

Şarm əl Şeyx Beynəlxalq Konqres Mərkəzində, WTF-in XXlll Baş Assambleyasında isə Dünya Taekvondo Federasiyası İcraiyyə komitəsinin qərara aldığı məsələlər açıqlanıb. Təşkilatın 74 ölkəsinin nümayəndələrinin qatıldığı məsul yığıncaqda WTF-in İcraiyyə Komitəsinin üzvü, ATF-in birinci vitse-orezidenti Füzuli Musayev də iştirak edib. Assambleyada əsasnəmənin bəzi bəndlərində nəzərdə tutulan dəyişikliklər səsvermə ilə qəbul olunub. Sonda WTF-in prezidenti doctor Çunqvon Çou, olimpiadaya lisenziya götürən ölkələri təbrik edərək uğurlar arzulayıb.

Aprelin 4-8-də gənclərin növbəti dünya çempionatında 14 taekvondoçumuz mübarizə aparacaq. İlk gün yarışa qatılan iki idmançımızdan Seyidəzim Bədirxanlının (+78 kq) birinci görüşü ispaniyalı, Pərvin Əliyevin start döyüşü isə Kot Divuar – Koreya cütünün qalibiylə olacaq.

Xəbər 1497 dəfə oxundu.