Futbol üzrə İtaliya kubokunda yarımfinalçılar müəyyənləşib
Futbol üzrə İtaliya kubokunun bütün yarımfinalçıları müəyyənləşib.

Sonuncu yarımfinalçının adına yanvarın 3-də keçirilən “Yuventus”-“Torino” matçından sonra aydınlıq gəlib.

Turin derbisində üstün tərəf olan “Qoca sinyora” sensasiyaya imkan verməyərək, rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Meydan sahiblərinin heyətində qolları Duqlas Kosta və Mandzukiç vurublar.

Massimiliano Alleqrinin yetirmələri yarımfinalda “Atalanta” ilə qarşılaşacaqlar.

Digər yarımfinal qarşılaşmasında isə “Latsio ilə “Milan” üz-üzə gələcək.

Xəbər 1028 dəfə oxundu.