Ronaldu 2017-ci ildə Avropanın ən yaxşı idmançısı adına layiq görülüb
“Real” futbol klubunun hücumçusu Kriştianu Ronaldu 2017-ci ildə Avropanın ən yaxşı idmançısı adına layiq görülüb.

32 yaşlı futbolçu 26 beynəlxalq informasiya agentliyinin sorğusunda birinci yeri tutub.

Portuqaliyalı futbolçu səsvermədə Formula-1 üzrə dünya çempionu Luis Hamiltona, həmçinin tennisçilər Rocer Federer və Rafael Nadala qalib gəlib.

Ronaldu bu mükafatı ikinci ildir ki, ardıcıl əldə edəcək.


Xəbər 1086 dəfə oxundu.