AFFA 11 min nəfər azarkeş tutumuna malik stadionu satır
AFFA beynəlxalq təcrübəni nəzərə alaraq, balansında olan stadionlardan daha da səmərəli istifadə etmək qərarına gəlib. İdman.com.az saytının məlumatına görə, bu məqsədilə Bakı şəhəri, B.Nuriyev küçəsi, 2397-ci məhəllədə inşa olunan və şərti olaraq 8-ci km stadionu kimi tanınan 11 min nəfər azarkeş tutumuna malik, təbii ot örtüklü stadionun kommersiya adının açıq sorğu üsulu ilə satılması qərarına gəlinib.

Stadionlardan səmərəli istifadə edərək kommersiya adının satışı futbolda böyük nailiyyətlər əldə etmiş ölkələrin təcrübəsində mövcuddur. Bu mənada Almaniyada “Alyans Arena”, “Kommerzbank Arena”, İngiltərədə “Emireyts Stedium”, “Ribök Stedium”, Türkiyədə “Türk Telekom Arena” və digər stadionları qeyd etmək olar.

2012-ci ilin iyul ayında istifadəyə veriləcək 8-ci km stadionundan Azərbaycan milli komandası, eləcə də müxtəlif yaş qruplarından ibarət yığmalar, Premyer Liqa komandaları, AFFA-nın bayrağı altında təşkil olunan liqalarda çıxış edən komandalar istifadə edəcək, stadionda təlim-məşq toplanışlarını və rəsmi oyunlarını keçirəcəklər. Bu mənada, stadionun kommersiya adını əldə edən şirkət böyük üstünlüklərə malik olacaq.

8-ci km stadionunun kommersiya adının açıq sorğu yolu ilə satılmasının şərtləri açıqlanıb:
- Kommersiya adının ilkin satış qiyməti – ƏDV-siz bir il üçün 500 000 (beş yüz min) manat;
- Kommersiya adının əldə edilməsi ilə bağlı bağlanacaq müqavilənin minimum müddəti – 3 il;
- Təkliflər sorğusunun təqdim edilmə müddəti – 45 gün.

Affa.az

Xəbər 1254 dəfə oxundu.