İtaliyalı baş məşqçi “Azərreyl”lə 1 illik anlaşdı
İtaliyalı baş məşqçi Alessandro Çiappininin “Azərreyl”i çalışdıracağı rəsmiləşib. İdman.com.az saytının məlumatına görə, son 2 mövsümdə Polşanın “Atom” klubunu çalışdıran mütəxəssis “dəmiryolçular”la 1 illik müqaviləyə imza atıb. O, komandanı yeni mövsümdən qəbul edəcək. Onun qarşısına əsas məqsəd kimi klubun növbəti mövsüm avrokubokda iddialı çıxış etməsi qoyulub.
Qeyd edək ki, bu mövsüm “Azərreyl”i Faiq Qarayev çalışdırsa da, komanda 1/4 finalda Kazan “Dinamo”suna uduzmuşdu.

Xəbər 1018 dəfə oxundu.