Yaya Ture Kot-Divuar yığmasına qayıtmaq qərarına gəlib
“Mançester Siti” futbol klubunun yarımmüdafiəçisi Yaya Ture Kot-Divuar yığmasına qayıtmaq qərarına gəlib.

Bu barədə Yaya Turenin meneceri Dmitri Selyuk məlumat yayıb. O bildirib ki, Yaya Ture Kot-Divuar yığmasının futbolçuları ilə birlikdə daha bir mükafat qazanmaq istəyir.

Yarımmüdafiəçi daha əvvəl Afrika Millətləri Kubokuna sahib olub. Kot-Divuar yığması “DÇ-2018”dən kənarda qalıb.

Xəbər 941 dəfə oxundu.