"Sumqayıt” futbol klubu Türkiyədə təlim-məşq toplanışı keçəcək
TOPAZ Premyer Liqa təmsilçisi “Sumqayıt” futbol klubu yanvarın 21-də Türkiyəyə yollanacaq, fevralın 4-dək Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. Komanda bu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq sumqayıtlıların yanvarın 31-də Rusiyanın “Anji” komandası ilə qarşılaşacağı dəqiqləşib.

Digər üç oyunun vaxtı bilinməsə də, rəqiblərdən daha ikisi məlumdur. Bunlar Makedoniya çempionatının II liqasında çıxış edən, tanınmış futbolçu Qoran Pandevin sahibi olduğu "Akademiya Pandev” və Serbiya Super Liqasından "Mladost”dur.

Qeyd edək ki, yanvarın 20-dək Sumqayıtda hazırlıq keçəcək komandanın "Səbail” ilə yoxlama matçı da nəzərdə tutulub. Ayın 18-də keçiriləcək qarşılaşmanın yeri və saatı dəqiqləşməyib.

“Sumqayıt” qış fasiləsinə 20 xalla 4-cü pillədə yollanıb.

Xəbər 573 dəfə oxundu.