Şagirdlər arasında badminton üzrə açıq rayon turnirinə yekun vurulub
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə şagirdlər arasında badminton üzrə açıq rayon turniri keçirilib.

Turnirin bağlanış mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev, Azərbaycan Badminton Federasiyasının məşqçisi Cavanşir Əlizadə iştirak edərək, gənc idmançıları salamlayıb, onlara gələcək yarışlarda uğurlar arzulayıblar.

Turnirin Olimpiya idman növü olan badmintonun Binəqədi rayonunda inkişaf etdirilməsi, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, yeniyetmə və gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması məqsədilə keçirildiyini bildirən natiqlər bundan sonra da badminton üzrə mütəmadi olaraq yarışların keçiriləcəyini diqqətə çatdırıblar.

Turnirin nəticəsinə görə, Xətai rayonunun komandası birinci yeri tutub. Yasamal rayonunun komandası ikinci, Nizami rayonunun kollektivi isə üçüncü olub.

Qaliblər Baş İdarə tərəfindən kubok, diplom və medalla təltif ediliblər.

Xəbər 1303 dəfə oxundu.