Bakıda boks üzrə beynəlxalq turnir davam edir
Bakıda Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir davam edir.

Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarış dörd gün davam edəcək.

Bu gün yarımfinal görüşləri keçiriləcək. Qaliblərin adları isə sabah məlum olacaq.

Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları mübarizə aparırlar.

Ümumilikdə 114 boksçunun qatıldığı və 10 çəki dərəcəsi üzrə keçirilən yarışda ölkəmiz 3 komanda ilə təmsil olunur.

Turnirin final qarşılaşmaları dekabrın 24-də keçiriləcək.

Xəbər 1234 dəfə oxundu.