“Kəpəz” futbol klubu Antalyada dörd yoxlama oyunu keçirəcək | |
“Kəpəz” futbol klubu Antalyada keçirəcəyi təlim-məşq toplanışı müddətində dörd yoxlama oyununa çıxacaq. Gəncə klubunun rəqiblərindən üçü artıq məlumdur. Komandamız yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), altı gün sonra “Yagelloniya” (Belostok, Polşa) və yanvarın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq. Xatırladaq ki, “sarı-göylər” gələn il yanvarın 17-dən fevralın 2-dək qardaş ölkədə hazırlıq keçəcək. |
|
Xəbər 559 dəfə oxundu. |
|
|