“Sabah” klubu iki futbolçu ilə heyətini gücləndirib
Birinci divizionda mübarizə aparan “Sabah” klubu qış transfer pəncərəsində heyətini iki futbolçu ilə gücləndirib.

Müqavilə ilə “Neftçi”yə məxsus olan qapıçı Maksim Vaylo və müdafiəçi Təyyar Məmmədov icarə əsasında mövsümün sonunadək “Sabah”ın şərəfini qoruyacaqlar.

Xatırladaq ki, Təyyar Məmmədov cari mövsümün ilk yarısında icarə əsasında “Səbail”də çıxış edib.

Xəbər 542 dəfə oxundu.