Yığmamız “Maynts 05″i uddu
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Milllimizin rəqibi “Maynts 05″ klubunun U-16 komandası olub.

Qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qollardan birinin müəllifi Elnur Cəfərov olub. Digər qolu isə Almaniya təmsilçisinin üzvü öz qapısından keçirib.

Xəbər 959 dəfə oxundu.