“Qarabağ”ın Antalyadakı üç rəqibi müəyyənləşib
Ağdamın “Qarabağ” futbol klubunun qış hazırlıq planı dəqiqləşib.

Ağdam təmsilçisi yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada keçiriləcək təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək. Komandamız toplanış zamanı 6 yoxlama oyunu keçirməyi planlaşdırır.

“Qarabağ”ın artıq 3 rəqibi və bu oyunların keçiriləcəyi vaxt məlum olub. Komandamız yanvarın 20-də Polşanın “Lexiya”, beş gün sonra Ukraynanın “Mariopol” və fevralın 3-də isə Monteneqronun “Mladost” komandası ilə qarşılaşacaq.

Xəbər 563 dəfə oxundu.