FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik baş verməyib. Millimiz 281 xalla 117-ci yerdə qərarlaşıb.

Reytinq cədvəlinə 1602 xalla Almaniya millisi başçılıq edir. Braziliya yığması 1483 xalla ikinci, Portuqaliya isə 1358 xalla üçüncü pillədə yer alıb.

Xəbər 529 dəfə oxundu.