Beynəlxalq dərəcəli həndbol hakimlərimiz növbəti təyinat alıblar | |
Azərbaycanın həndbol hakimləri beynəlxalq oyunlara təyinat alıblar. Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, Vaqif Əliyev və Ələkbər Ağakişiyev 2019-cu ildə təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində keçiriləcək Slovakiya-Finlandiya görüşünü idarə edəcəklər. Matç gələn il yanvarın 7-də Slovakiyanın Povazska Bıstritsa şəhərində oynanılacaq. Təcrübəli referimiz İsgəndər Əsgərov isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 13-də keçiriləcək Rusiya-Finlandiya oyununda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq. |
|
Xəbər 1302 dəfə oxundu. |
|
|