Millimiz 2 ulduzlu stadionda
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti yoxlama oyununun yeri və vaxtı dəqiqləşib. Aprelin 4-də Helsinkidə Finlandiya yığması ilə keçiriləcək qarşılaşmanın stadionu və başlama saatı açıqlanıb.

Görüş Helsinkinin “Sonera” stadionunda baş tutacaq. 1999-2000-ci illərdə inşa edilən və 12 il əvvəl açılışı baş tutan arena 10770 tamaşaçı tutur. Məşhur HİK klubunun ev oyunlarını keçirdiyi stadionun meydanının ölçüləri 105x68-dir. 2006-cı ildə FİFA-nın 2 ulduzuna layiq görülən stadion indiki adını 2 il əvvəl alıb. Belə ki, həmin vaxtadək arena “Finnair” adlanıb.

Qarşılaşmanın başlama saatına da aydınlıq gətiriblər. Oyun Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Xəbər 966 dəfə oxundu.