Azərbaycanın U-19 millisinin Bakıda təlim-məşq toplanışı olacaq
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası dekabrın 23-dən 29-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Toplanışa Nicat Möhbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Nail Alışov, Seymur Əliyev
(hər ikisi “Neftçi”), Sərcan Ömərov, Əkbər Vəliyev, Cavid Əliyev, Elvin Cəfərquliyev (hamısı “Keşlə”), Ceyhun Şahverdiyev, Səbuhi Abdullazadə (hər ikisi “Sumqayıt”), Kamran Məmmədov, Tolqar Yaqubov, Zahid Mərdanov, Emil Qasımov, Şakir Seyidov, Eldost Qiyasbəyli, Tahir Zeynalov, Vidadi Cəfərov, Elçin Mustafayev (hamısı “Səbail”), Kamran Quliyev, Rüstəm Nuriyev (hər ikisi “Qəbələ”) və Riad Abbaszadə (“Şüvəlan”) dəvət alıblar.

Xəbər 796 dəfə oxundu.