“Autizmlilər” İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb
Dekabrın 20-də Bakıda “Autizmlilər” İdman Klubu İctimai Birliyinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə üç nominasiya üzrə mükafatlar qaliblərə təqdim olunub. “İlin ən yaxşı təlimçisi” adına Alim Qasımov, Nail Səfərov, Sərvər Halaylı və Zaur Hüseynov layiq görülüblər. Toğrul Mirzəyev, Kamal Bayramov, Xaqan Əliyev, İsmayıl Ağayev, Elnar Məmmədov və Asim Fərzəliyev “İlin ən yaxşı idmançısı” nominasiyasında fərqləniblər. “İlin ən yaxşı idman klubu” nominasiyasında mükafat Bakı Autizm İdman Klubuna təqdim olunub.

Xəbər 461 dəfə oxundu.