“Zirə” klubu Şirazda keçiriləcək beynəlxalq turnirə dəvət alıb
“Zirə” klubunun 12 yaşadək futbolçulardan ibarət komandası yoxlama oyunu keçirib.

Bakı təmsilçisi İranın Şiraz vilayətinin “Hafez” klubu ilə qarşılaşıb. Azərbaycan Milli Aviasiya Akademiyasının stadionunda keçirilən görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Şiraz təmsilçisinin akademiyasının direktoru Ahmad Rezayi ilə “Zirə”nin akademiyasının əlaqələndiricisi Adil Şükürov arasında görüş olub. Əməkdaşlıq haqqında razılaşma əldə olunub. Rezayi “Zirə”ni apreldə Şiraz şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət edib.

Xəbər 554 dəfə oxundu.