UEFA Çempionlar Liqasında “Milan” və “Barcelona” görüşəcək
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulur. İlk oyun günündə iki görüş baş tutacaq.

Turnirin erkən finalı kimi dəyərləndirilən qarşılaşmada “Milan” və “Barcelona” görüşəcək. Tərəflər ilk görüşdən qolsuz heç-heçə ilə ayrıldığından, hər şeyə Kataloniyada aydınlıq gələcək. Meydan sahiblərinə mütləq qələbə lazım olduğu halda, italyanlar hətta qollu heç-heçə ilə yarımfinala çıxa bilərlər. Bu gün həm də “Olympique” (Marsel) ilk oyunda uduzduğu “Bayern”in qonağı olacaq.

İkinci oyun günündə isə turnirin ən sürpriz komandalarından sayılan Nikosiya APOEL-i ilk oyunda doğma meydanda böyük hesabla uduzduğu Madrid “Real”ına müqavimət göstərməyə çalışacaq. Lakin şübhəsiz ki, ispanlar yarımfinala vəsiqəni əldən verməyəcək. “Benfica” isə “Chelsea”nin meydanında sürpriz etmək istəyir.

Çempionlar Liqası
1/4 final (cavab oyunları)
3 aprel

23:45. Barcelona (İspaniya) – Milan (İtaliya) (ilk oyun 0:0)
23:45. Bayern (Almaniya) - Olympique (Marsel, Fransa) (2:0)

4 aprel

23:45. Chelsea (İngiltərə) - Benfica (Portuqaliya) (1:0)
23:45. Real (İspaniya) - APOEL (Cənubi Kipr) (3:0)


Xəbər 1133 dəfə oxundu.