Kyokşin karate üzrə respublika çempionatında 250-yə yaxın idmançı mübarizə aparacaq
Dekabrın 23-də Gənclər və İdman Nazirliyi, Döyüş Növlər Şurası və Azərbaycan Kyokşin Karate Federasiyasının (AKKF) birgə təşkilatçılığı ilə XIX açıq respublika çempionatı keçiriləcək.


Çempionatda bütün yaş kateqoriyalarında kişilər və qadınlar arasında qalib adı uğrunda mübarizə gedəcək.

Yarışda Azərbaycanın bir çox bölgəsindən 250-ə yaxın idmançı iştirak edəcək.

Qeyd edək ki, çempionat Bakı İdman Sarayında keçiriləcək. Yarışın keçirilməsində əsas məqsəd 2018-ci il üçün yığma komandanın heyətini formalaşdırmaqdır.

Xəbər 1032 dəfə oxundu.