Yeniyetmə idmançımız K-1 döyüş növü üzrə dünya çempionatının qalibi olub
Azərbaycan idmançısı, paytaxt məktəblisi Ramazan Abdullayev İtaliyada K-1 döyüş növü üzrə dünya çempionatında birinci yerə layiq görülüb.

Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev çempionatda 54 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb.

Qeyd edək ki, R.Abdullayev 2013-cü ildən etibarən beş dəfə ölkə səviyyəli idman yarışlarının qalibi olub. Yarışlarda bir gümüş və bir bürünc medal qazanan gənc idmançı Gürcüstanda təşkil edilən üç beynəlxalq turnirdə və İtaliyada keçirilən iki dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Rusiya və Tailandda təşkil olunan beynəlxalq yarışlarda da öz çəki dərəcəsində qalib olub.

Xəbər 500 dəfə oxundu.