“Sumqayıt” futbol klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib
“Sumqayıt” futbol klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib.

Komanda son olaraq “Keşlə”də çıxış etmiş Elnur Abdullayevi heyətinə qatıb. Otuz bir yaşlı futbolçu “Sumqayıt” ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, E.Abdullayev karyerası ərzində “Keşlə”dən (32 oyun, 2 qol) başqa, “Simurq” (13 oyun, 1 qol), “Xəzər-Lənkəran” (114 oyun, 10 qol), “Muğan” (42 oyun, 2 qol), “Bakı” (69 oyun, 3 qol), “Olimpik” (12 oyun), “Neftçi” və “Turan”ın şərəfini qoruyub. O, həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.

Xəbər 567 dəfə oxundu.