“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Çelsi” klubunun bazasında olub
Futbol üzrə “Qarabağ” klubunun və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov İngiltərə “Çelsi” klubunun bazasında olub.

Qurban Qurbanov səfər zamanı “Çelsi” ilə “Southampton” klubunun oyununu izləyib. Sonra klubun akademiyasında olan Q.Qurbanov “Çelsi”nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və klubun strukturu ilə tanış olub.

Səfər çərçivəsində “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə görüşən “Qarabağ”ın çalışdırıcısı həmkarı ilə fikir mübadiləsi aparıb və komandanın məşqinə baxıb.

Xəbər 562 dəfə oxundu.