Bu il MOİK idmançıları respublika və beynəlxalq yarışlarda 83 medal qazanıblar
Dekabrın 19-da Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) 2017-ci ilin yekunlarına və idmançıların mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə klubun rəisi, polkovnik-leytenant Rəşad Quliyev MOİK idmançılarının il ərzində qazandıqları nailiyyətlər barədə məlumat verib. Bildirib ki, MOİK-də idmanın 20 növü üzrə bölmələr fəaliyyət göstərir. Azərbaycan milli komandasının əksər üzvləri MOİK-in təmsilçiləridir. Olimpiya, dünya, Avropa və başqa beynəlxalq yarışlarda qazanılan medalların bir hissəsi klubun idmançılarının payına düşür.

Diqqətə çatdırılıb ki, 2017-ci ildə klubun idmançıları respublika və beynəlxalq yarışlarda 83 medal qazanıblar.

Sonra fərqlənən idmançılar mükafatlandırılıblar.

Xəbər 485 dəfə oxundu.