Balakəndə yunan-Roma güləşçiləri arasında XI Respublika Oyunlarının final mərhələsinə start verilib
Dekabrın 19-da Balakən Olimpiya İdman Kompleksində yeniyetmə yunan-Roma güləşçiləri arasında XI Respublika Oyunlarının final mərhələsinə start verilib.

Ölkənin şəhər, rayon, idman klub və cəmiyyətlərindən 160-dan artıq güləşçi 15 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparır.

Dünya Güləş Birliyinin qaydalarına əsasən, təşkil olunan yarışın baş hakimi Natiq Hacıyev, baş katibi isə Kamran Baxışovdur.

Qeyd edək ki, sərbəst güləşçilər arasında XI Respublika Oyunlarının final mərhələsi dekabrın 22-də Balakən Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Xəbər 634 dəfə oxundu.