“Azərsu” və “Azəryol” həndbol komandalarının oyunu heç-heçə başa çatıb | |
Dekabrın 16-da həndbol üzrə Azərbaycan kuboku uğrunda növbəti oyunlar keçirilib. Qadın həndbolçuların yarışında “Qarabağ” komandası “İdman Akademiyası”na 39:26 hesabı ilə qalib gəlib. “Azərsu” və “Azəryol” komandalarının görüşü isə heç-heçə başa çatıb - 30:30. Kişilərin mübarizəsində "Bakı" kollektivi gözlənilmədən “Məhsul” həndbolçularını 28:22 hesabı ilə məğlub edib. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələri isə “Təhsil” komandasına böyük hesabla məğlub olublar - 23:38. Yarışın ilk mərhələsinə dekabrın 17-də yekun vurulacaq. AZƏRTAC |
|
Xəbər 1053 dəfə oxundu. |
|
|