Almaniya klubu yığmamız qarşısında aciz qaldı
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığması (U-16) yoldaşlıq oyunu keçirib. Nikolay Adamın yetirmələri “Maynts 05” klubunun U-16 komandası ilə keçirdikləri qarşılaşmada 2:0 hesabı ilə qələbə qazanıblar.

Qollardan birinin müəllifi Elnur Cəfərov olub. Digər qolu isə Almaniya təmsilçisinin üzvü öz qapısından keçirib.

Qeyd edək ki, futbolçularımız bundan öncə “SV Wehen Wiesbaden” klubunun U-17 komandası ilə heç-heçə (1:1) etmişdilər.

Xəbər 1043 dəfə oxundu.