“Malaqa” klubu Lukas Mouranı PSJ-dən icarəyə götürmək istəyir | |
PSJ-nin yarımmüdafiəçisi Lukas Moura “Malaqa” futbol klubunun maraq dairəsindədir. İspaniya klubu braziliyalını bu qış icarəyə götürmək və onunla mövsümün axırınadək müqavilə bağlamaq niyyətindədir. Cari mövsümdə Mouranın PSJ-də daimi oyunçu praktikası olmayıb. Fransa çempionatının yalnız 5 oyununda iştirak edən xavbek 1 qolun və 1 məhsuldar ötürmənin müəllifidir. PSJ-nin baş məşqçisi Unay Emeri yarımmüdafiəçiyə ümid bəsləmir. Braziliyalı futbolçunun yanvarda “Malaqa”ya keçməsi ehtimal olunur. |
|
Xəbər 579 dəfə oxundu. |
|
|