Stolüstü tennis üzrə Azərbaycan millisinə yeni məşqçi cəlb olunub
Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) peşəkar mütəxəssislərin hazırlanması, yığma komandanın peşəkarlıq səviyyələrinin artırılması və daim gücləndirilməsi istiqamətində mühüm işlər görülür.

Bu məqsədlə federasiya Çinin Hebei Cendinq Milli Stolüstü Tennis Təlim Akademiyası ilə müqavilə imzalayıb.

Beynəlxalq səviyyəli idmançıların və mütəxəssislərin hazırlanması, təlim-məşq proseslərinin daha səmərəli təşkili, peşəkarlıq səviyyələrinin artırılması, yığma komandanın gücləndirilməsi məqsədilə dəvət olunan məşqçi yeniyetmələrlə, o cümlədən yığma komandanın üzvləri ilə artıq məşqlərə başlayıb.

Xəbər 1031 dəfə oxundu.