Pyer-Emerik Obameyanq qış transfer pəncərəsində "Borussiya"nı tərk etməyəcək
"Borussiya" futbol klubunun hücumçusu Pyer-Emerik Obameyanq qış transfer pəncərəsində komandanı tərk etməyəcək.

Klub rəhbərliyi futbolçunu gələn ilin yayınadək heyətində saxlamaq istəyir. Həmçinin Obemeyanqın mövsümün ikinci hissəsində "Borussiya"nın ölkə çempionatında UEFA Çempionlar Liqasına vəsiqə qazanması uğrunda mübarizədə kömək etməsinin vacibliyi vurğulanıb.

Almaniya təmsilçisi hücum xəttinin gücləndirilməsi istiqamətində mühüm addımlar atmağı planlaşdırır. Belə ki, qış transfer pəncərəsində "Borussiya" komandası "Arsenal"ın hücumçusu Olivye Jirunu heyətinə qatacaq.

Qeyd edək ki, Almaniya klubu yayda 70 milyon avro müqabilində Obameyanqın transferinə razılıq verəcək.

Xəbər 1127 dəfə oxundu.