II Beynəlxalq Boks Forumu Bakıda keçiriləcək
II Beynəlxalq Boks Forumu Bakıda keçiriləcək. Foruma dünyanın aparıcı boks təşkilatları olan AIBA, WBA, WBC, IBF, WBO-nun rəhbərləri toplaşacaqlar.

Birinci Beynəlxalq Boks Forumu 2018-ci il fevralın 1-4-də Soçidə keçiriləcək.

Onun sözlərinə görə, Rusiya Boks Federasiyası forumda müxtəlif ölkələrdən daha çox nümayəndənin iştirakı üçün əlindən gələni əsirgəməyib. U.Kremlyov qeyd edib ki, forumun hər il keçirilməsi planlaşdırılır və Azərbaycan nümayəndələri növbəti forumun bu ölkədə keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Federasiya başçısı, həmçinin bildirib ki, forum çərçivəsində Çempionlar Şurası və Promouterlər Şurası yaradılacaq.

Rusiya Boks Federasiyasında da il başa çatdığından forumu fevralda keçirmək qərara alınıb. Fevralın 1-də açılış, 2-də isə müzakirələr və dialoq olacaq. Beynəlxalq Çempionlar Şurası və Promouterlər Şurası yaradılacaq. Bu forumun hər il keçirilməsində məqsəd açıq dialoq aparılması, federasiyalar və ölkələr arasında qarşılıqlı əlaqələr qurulmasıdır. Beynəlxalq Boks Superseriyasını da bu foruma daxil etmək təklif olunur.

Xəbər 692 dəfə oxundu.