“Mundo Deportivo” nəşri “Kopenhagen”i və “Atletiko”nu “Qarabağ”ın “qurbanları” kimi təqdim edib
İspaniyanın nüfuzlu “Mundo Deportivo” idman nəşri Avropa liqasının 1/16 final mərhələsində “Kopenhagen” və “Atletiko Madrid” komandalarının görüşəcəyi barədə məlumat verərkən onları “Qarabağ” klubunun “qurbanları” kimi təqdim edib.

UEFA Çempionlar Liqasında mübarizəni “Qarabağ”a məğlub olaraq dayandırmış Danimarkanın “Kopenhagen” və qrup mərhələsində Ağdam klubuna qalib gələ bilməyərək Çempionlar Liqasında çıxışını başa vurmuş “Atletiko Madrid” komandalarının Avropa Liqası turnirində qarşılaşacaqları haqqında xəbər ispan idman nəşri tərəfindən maraqla qarşılanıb.

Yazıda Azərbaycan komandasının bu klublarla oyunları və nəticələr haqqında məlumat verilir, püşkün bu nəticəsi maraqlı təsadüf kimi qeyd edilir.

AZƏRTAC

Xəbər 565 dəfə oxundu.