Avarçəkmə üzrə yarışların qalibi müəyyənləşib
Beynəlxalq “Prezident Kuboku-2012” Reqatasında akademik avarçəkmə üzrə yarışların qalibi müəyyənləşib. London-2012-yə lisenziya qazanan yığmamızın üzvləri - Aleksandr Aleksandrov və Nataliya Mustafayeva Mingəçevirdə baş tutan yarışda özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar.

Belə ki, Aleksandrov bütün rəqiblərindən öncə finiş xəttinə çataraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, xanım idmançımız Mustafayeva bürünc medalla kifayətlənib. O, Ukrayna yığmasın avarçəkənlərindən geri qalıb.


Xəbər 1007 dəfə oxundu.