Alim Nəbiyev “Glory” seriyalı turnirdə növbəti qələbəsini qazanıb
Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib.

Azərbaycanın və “Qəbələ” idman klubunun təmsilçisi Alim Nəbiyev də “Glory 49”un iştirakçısı olub.

Yarımorta çəki dərəcəsində çıxış edən idmançımız turnirin sabiq çempionu hollandiyalı Niki Holtskenlə qarşılaşıb. Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən A.Nəbiyev hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bununla da “Glory” reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahıda 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Rotterdamdakı uğur Alimin “Glory” seriyasında 2-ci qələbəsi olub. Oktyabrda Fransanın Lion şəhərində yerli idmançı Cimmi Vienota qalıb gələn idmançımız bu dəfə aktivinə növbəti qələbəni yazıb.

Xəbər 1322 dəfə oxundu.