“Sağlam həyata doğru və velosiped idmanında gender bərabərliyi” mövzusunda seminar təlim və veloyürüş keçiriləcək
“Gənc Velosipedçilər” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının, BMT-nin Əhali Fondunun və Biləsuvar rayon gənclər və idman idarəsinin dəstəyi ilə dekabrın 11-14-də seminar və veloyürüş keçiriləcək.

Biləsuvar rayonunun Xırmandalı və Aşağı Cürəli kəndlərində, o cümlədən rayon mərkəzində yaşayan və velosiped idmanı ilə maraqlanan qızlar və oğlanlar üçün “Sağlam həyata doğru və velosiped idmanında gender bərabərliyi” mövzusunda dörd günlük seminar-təlim təşkil olunacaq. Seminarın sonunda iştirakçılar təşkil olunacaq veloyürüşdə mübarizə aparacaqlar.

Xəbər 1055 dəfə oxundu.