Azərbaycan çempionatı və bölgələrarası kubokun qalibləri müəyyənləşib
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, batut gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında ikinci günün qalibləri müəyyənləşib.

Yarışların ikinci günündə bölgələrarası kubokda 2007-2009-cu il doğumlu balacalar alətsiz və halqa, 2005-2006-cı il təvəllüdlü yeniyetmələr isə top, gürzlər və lentlə çıxış ediblər.

Sonra 2002-2004-cü il doğumlu gənclər arasında halqa, top, gürzlər və lentlər üzrə qrup hərəkətləri komandaları arasında Azərbaycan çempionları müəyyənləşib.

Beləliklə, günün sonunda fəxri kürsünün ən yüksək pilləsinə Məryəm Feyzullayeva, Aişə Rəcəbli, Yasəmən Nəsirova, Asiman Orduxanova və Leyli Ağazadə qalxıblar.

Xatırladaq ki, bədii gimnastlar balacalar, yeniyetmələr və gənclər kateqoriyalarında güclərini sınayıblar. Qrup hərəkətləri komandaları isə yalnız yeniyetmələr və balacalar yaş kateqoriyalarında medallar uğrunda mübarizə aparıblar. İştirakçılar Bakı Gimnastika Məktəbini, Respublika Kompleks İdman Məktəbini, “Ocaq Sport” və “Start” klublarını, həmçinin Su İdman Sarayını təmsil ediblər.

Artıq dördüncü dəfədir təşkil olunan bölgələrarası kubok yarışında isə İsmayıllı, Göyçay, Gəncə, Qusar, Şirvan, Şağan, Kürdəmir, Naxçıvan, Mingəçevir, Xırdalan və Sumqayıt təmsilçiləri çıxış ediblər. Kubok yarışında balacalar alətsiz və halqa, yeniyetmələr isə top, gürzlər və lent ilə çıxışlar nümayiş etdiriblər.

Batutçular isə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında fərdi proqramda mübarizə

Xəbər 670 dəfə oxundu.