Balakəndə futzal turniri keçiriləcək
AFFA-nın təşkilatçılığı ilə dekabrın 9-10-da Balakən Olimpiya İdman Kompleksində 2006-2007-ci il təvəllüdlü uşaqlardan ibarət komandalar arasında futzal turniri təşkil olunacaq.

AFFA-dan bildiriblər ki, turnirin keçirilməsində məqsəd şagirdlərin sağlam həyat tərzinə həvəsləndirilməsi, futbolun kütləviliyinin təmin olunması, idmanın bu növünə marağın artırılmasıdır.

Turnirdə oğlanlarla yanaşı, qızlardan ibarət komandalar da iştirak edəcək.

Xəbər 633 dəfə oxundu.