Milli Gimnastika Arenasında növbəti birgə yarışlara start verilib
Dekabrın 8-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, batut gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

Yarışların birinci günündə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarına daxil olan bədii və batut gimnastları medallar uğrunda mübarizə aparırlar.

Sonra 2005-2006-cı il təvəllüdlü bədii gimnastlardan ibarət komandalar lentlə qrup hərəkətləri yarışında çıxış edəcəklər.

Xəbər 1580 dəfə oxundu.